Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim edib    

Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib...

 

 

Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.

“Report” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoyub, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırılıb, nazirliyin səlahiyyətləri genişləndirilib, cəmiyyətdə rolu artıb.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidentİlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluqkeçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir.

Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar